Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 16:08
Aviasiya nəqliyyat növləri arasında ən gənci olsa da, artıq tarixində minlərlə insanın ölümünə səbəb olan yüzlərlə faciəyə səbəb olub. Ən son böyük aviasiya qəzası ölkəmizdə - noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda baş verdi. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçimiz şəhid oldu. Bütün aviasiya faciələrində olduğu kimi bu hadisədə də səbəbin müəyyənləşdirilməsində gözlər qara qutuya dikilib. Bəs qara qutu nədir və səbəblərin aşkarlanmasında hansı rola malikdir?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, baş vermiş avia faciələrdən sonra adı gündəm olan "qara qutu" detalı ilk dəfə 1939-cu ildə istifadə edilib. 8 il istifadədən sonra "qara qutu" daha da təkmilləşdirilib və onun dözümlülüyü, səs lentə alma qabiliyyəti gücləndirilib. Sözügedən qutu bədbəxt hadisələrin səbəblərinin araşdırılması zamanı istifadə edildiyinə görə ona qara qutu deyilsə də, rəngi qara deyil və get-gedə əhəmiyyəti daha da artdığına görə artıq aviasiya vasitələrində bir deyil iki qara qutudan istifadə edilir.
Həm plyonkaralara, həm də flash yaddaş kartına köçürülən səsin etibarlı qorunması qara qutunun ən vacib xüsusiyyətidir. Flash yaddaşların 20 gün və ya bir ay müddəti olur. Aviasiya vasitəsi qəzaya uğradıqda "qara qutu"nun zədələnməməsi üçün daim təkmilləşdirilir və oda, zərbəyə davamlılığı artırılır.
Qara Qutunun qoruna bilinməsi qədər oxuna bilinməsi də vacib prosedurdur. Belə ki, qara qutu əksər hallarda nəqliyyat vasitəsinin istehsal olunduğu ölkədə oxuna bilinir.
Qeyd edək ki, qara qutuda olan informasiyalar arasında yanacağın təzyiqindən tutmuş bütün mexanizmlərin işlənməsinin vəziyyətinə qədər yaddaşda qalır. Yəni qara qutu təkcə ekipaj üzvlərinin səsini yazmaqla faciə haqqında məlumat ötürmür, həm də qəza baş verən ana qədər aviasiya vasitəsinin müvafiq texniki göstəricilərini də qeydə alır.