Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Küçədən içərisində insan qalıqları olan beş çanta tapıldı

Küçədən içərisində insan qalıqları olan beş çanta tapıldı

Tarix: 5 Dekabr 2021 11:44

Meksikanın mərkəzində Sakatakas ştatının Fresnillo şəhərində polis tərəfindən içərisində insan qalıqları olan beş çanta tapıb.

Milli.Az APA-ya istinadən bildirir ki, meyit parçaları lazımi araşdırmaların aparılması üçün məhkəmə-tibbi ekspertiza bürosuna aparılıb.

Cəsədlərin kimliyi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, son 24 saat ərzində bölgədə azı 9 nəfər həlak olub.

Xatırladaq ki, Sakatekasda bir neçə ildir ki iki ("Sinaloa" və "Yeni Nəsil Xalisko") narkotik kartelləri arasında münaqişə davam edir. Bu, ştat üzrə qətllərin sayının kəskin artmasına səbəb olur.

Milli.Az


Etiketlər:  Küçədən içərisində insan qalıqları olan beş çanta tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ