Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur serialın qəhrəmanı öldü

Məşhur serialın qəhrəmanı öldü

Tarix: 5 Dekabr 2021 19:28

İkinci Dünya müharibəsi veteranı, ABŞ ordusunun paraşüt birliyinin sağ qalan sonuncu piyadası, polkovnik Edvard Şeyms 90 yaşında vəfat edib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, onun ölüm xəbərini Hollomon-Braun cənazə evi açıqlayıb.

Bildirilib ki, Şeyms öz evində dünyasını dəyişib.

Qeyd edək ki, 2001-ci ildə onun həyatı Stiven Spilberq və Tom Henksin birgə layihəsi olan və Stiven Ambrosun eyniadlı əsəri əsasında çəkilən "Qardaşlar qrupu" ("Band of Brothers") serialında canlandırılıb. Serial həmin dövrün müharibə mövzusunda çəkilən ən yaxşı ekran işlərindən sayılır. Aktyor Cozef Mey serialda Edvard Şeymsi canlandırıb.

Milli.Az


Etiketlər:  Məşhur serialın qəhrəmanı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ