Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada dərman reseptləri necə yazılır. Maraqlı məlumat

Dünyada dərman reseptləri necə yazılır. Maraqlı məlumat

Tarix: 5 Dekabr 2021 19:32

Səhiyyə Nazirliyi "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" haqqında yeni qaydalar hazırlayır. Yeni qaydalara görə, həkimlər resept yazarkən konkret preparatın adını yox, təsiredici maddənin adını yazacaqlar.

Apteklərdə reseptə əsasən xəstəyə seçim üçün tərkibində bu təsiredici maddə olan bir neçə preparat təklif olunacaq. Preparatların qiymətləri çox fərqlənə bilər. Bu preparatı istehsal edən ölkədən və bir çox digər amillərdən asılıdır. Lakin bu preparatların tərkibi və orqanizmə olan təsiri eynidir.

Dünyanın bir çox ölkələrində dərman reseptləri məhz bu qayda ilə yazılır. Reseptdə dərmanın beynəlxalq patentləşməmiş adı göstərilir. Aptekdə isə əczaçı xəstəyə seçim üçün bir neçə preparat təqdim edir. Bir çox ölkələrdə əczaçı xəstəyə ilk növbədə ən ucuz preparat təklif etməlidir.

Ümumiyyətlə bütün dünyada səhiyyə çoxdan qənaət rejiminə keçib. Brend dərmanların (bizdə bu preparatlara "firma dərmanları" deyilir) yerinə daha tez-tez bu dərmanların daha ucuz variantları seçilir. Belə dərmanlar "generiklər" ("ceneriklər") adlanır. Lakin onların qiymətinin ucuz olması heç də keyfiyyətinə təsir etmir. Sadəcə bu patent müddəti qurtarmış daha "köhnə" preparatlardır. Yeni preparatların qiymətinə tibbi araşdırmaların, reklamın və s. xərcləri daxildir. Bu isə, təbii ki, preparatın satış qiymətini artırır. Generiklərdə bunlar yoxdur və bu səbəbdən generiklər daha ucuzdur. Demək olar, bütün Avropada və ABŞ-da generiklərin istifadəsi çox yayılmış praktikadır. Həmçinin, qaydalara əsasən, əczaçılar da xəstələrə ilk növbədə məhz generikləri təklif etməlidir.

Milli.Az


Etiketlər:  Dünyada dərman reseptləri necə yazılır Maraqlı məlumat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ