Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda ana və övladları qəzaya düşdü - FOTO

Ucarda ana və övladları qəzaya düşdü - FOTO

Tarix: 5 Dekabr 2021 19:50

Ucarda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

99 LN 502 dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri - 1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları, 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif xəsarətlər alıblar. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ucarda ana övladları qəzaya düşdü FOTO


RƏYLƏR