Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 21:24
"Azərbaycan Türkiyənin "Hürkuş" (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır".
Bunu Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbəri İsmayıl Demir deyib.
Sonxeber.net "Hürriyet"ə istinadən bildirir ki, İ.Demirin dediyinə görə, "TCG Anadolu" amfibiya-hücum gəmisinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bu gəmi dünyada ilk döyüş PUA-ları daşıyacaq gəmi olacaq.
"Layihə ilə Azərbaycan da maraqlanır. Bu istiqamətdə tezliklə proseslərin inkişafını görəcəyik", - İsmayıl Demir söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan "Hürkuş" təlim təyyarəsi ilə xüsusilə maraqlanır.
Srağagün Azərbaycanda Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə 2 "Hürkuş" hərbi təyyarəsinin nümayiş uçuşları icra olunub.