Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda bütün işçilər məcburi peyvənd ediləcək

Nyu-Yorkda bütün işçilər məcburi peyvənd ediləcək

Tarix: 7 Dekabr 2021 09:00

"Nyu-Yorkda dekabrın 27-dən etibarən bütün iş yerlərində çalışan əməkdaşlar koronavirusa qarşı məcburi peyvənd olunacaq.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu şəhər meri Bill de Blazio MSNBC TV-nin efirində bildirib.

Mer qeyd edib ki, əvvəllər bu tədbir yalnız bələdiyyə müəssisələrinin işçilərinə aid idisə, artıq özəl müəssisələrə də şamil etmək qərarına gəldik: "Bu tələblər nə qədər geniş olsa, bir o qədər insan peyvənd olunmağın vaxtının çatdığını düşünəcək. Qərar Omicron ştamının yayılması və qış mövsümün gəlişi ilə əlaqədar verilib".

Bill de Blazio əlavə edib ki, artıq beş yaşdan yuxarı uşaqlar üçün də azı bir peyvənd dozası üçün sənəd tələb olunacaq.


Etiketlər:  Yorkda bütün işçilər məcburi peyvənd ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ