Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kirkorov Avroviziyada Azərbaycanla çalışacaq?

Kirkorov Avroviziyada Azərbaycanla çalışacaq?

Tarix: 7 Dekabr 2021 20:15

Rusiyanın Xalq artisti Filip Kirkorov ötən həftə müsahibəsində Avroviziya -2022 müsabiqəsi üçün bir müğənni hazırladığını açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, müğənninin kimliyi və hansı ölkəni təmsil edəcəyini deməyən Kirkorov mahnının artıq hazır olduğunu da elan edib.

"Fikirləşirəm ki, seçimim sizi məyus etməyəcək", - deyə müğənni daha ətraflı məlumatın iki həftə sonra bildiriləcəyini də əlavə edib.

Rusiya mətbuatı son zamanlar Kirkorovun tez-tez Klava Koka ilə bir yerdə görünməsini əsas gətirərək həmin şəxsin məhz Klava olduğunu iddia edir.

"12 Xal" nəşri qeyd edir ki,  Kirkorov ilin əvvəlində Rusiyada yaşayan həmyerlimiz Jony ilə birlikdə işləyərək Avroviziyada Azərbaycan adına müsabiqəyə qoşulmaq istədiyini söyləyib, Jony isə müsabiqədə iştirakdan imtina etdiyini açıqlayıb. 

Bu günədək iki dəfə Azərbaycan (2013, 2018) ilə müsabiqəyə qoşulan Kirkorovun təkrar birlikdə çalışması isə ehtimallar arasındadır.

Milli.Az


Etiketlər:  Kirkorov Avroviziyada Azərbaycanla çalışacaq


RƏYLƏR