Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan qurdlara necə yoluxa bilər?

İnsan qurdlara necə yoluxa bilər?

Tarix: 7 Dekabr 2021 23:45

Helmintozlar (qurd xəstəlikləri) insanın sağlamlığına böyük ziyan vurur.

Bu səbəbdən müəyyən qaydalara əməl etməklə qurdlara yoluxmanın qarşısını almaq lazımdır. Bu xüsusilə kiçik yaşlı uşaqlara aiddir.

Nəzərə almaq lazımdır ki, əksər qurdlar insan orqanizmində çoxala bilmir. Bunun üçün qurdların yumurtaları xarici mühitə xaric olunmalı (nəcislə və ya bizquyruq qurdlarda olduğu kimi anusun ətrafında olan dəriyə) və daha sonra yenə insan orqanizminə düşməlidir. Beləliklə insan təkrar yoluxmaya yol verməzsə, o, heç bir müalicə olunmadan bir müddət ərzində qurdlardan qurtula bilər.

Təkrar yoluxmaya yol verməmək üçün insan qurdların orqanizmə düşmə yollarını bilməlidir.

Qurdlara yoluxmanın bir neçə yolu var.

- Torpaqdan.

Bu əsas yoldur. Qurdların yumurtaları insanların və heyvanların nəcisi ilə torpağa düşür və burada qalır. Bu səbəbdən topraqla, qumla təmasdan sonra əllərinizi mütləq yaxşı yumaq, dırnaqları xüsusi fırça ilə suyun altında təmizləmək lazımdır. Torpaqda işləyəndə mütləq əlcəklərdən istifadə etmək lazımdır.

Qurdlara yoluxma riski pis yuyulmuş tərəvəzləri, göyərtiləri, giləmeyvələri yeyən insanlarda artmış olur. Tərəvəzlərin, göyərtilərin və giləmeyvələrin üzərində tez-tez qurdların yumurtaları olur. Bu səbəbdən onları axar su ilə yaxşı yumaq və sonra üzərinə qaynar su tökmək lazımdır. Göyərtiləri yuduqda onları əvvəl axar suyun altında yuyun, sonra sirkə əlavə olunmuş suda isladın, daha sonra isə yenə yaxşı yuyun.

- Pis bişirilmiş ət, balıq.

Ətdə və balıqda çox təhlükəli qurdlar və onların yumurtaları ola bilər. Bu qurdları məhv etmək üçün əti və balığı kifayət qədər bişirmək lazımdır, yarıbişmiş ət, balıq, çiy ət, balıq (suşi) çox təhlükəlidir.

- Heyvanlar və həşəratlar.

Evdə it, pişik saxlayan insanlar ciddi təhlükədədir. Heyvanlar çöldən çirk, torpaq gətirir ki, bu torpaqda qurdların yumurtaları ola bilər.

Milçək qanadları üzərində qurdların yumurtalarını daşıya bilər. Bu səbəbdən evləri milçəklərdən qorumaq, milçəklər olan yerlərdə qidanı və suyu açıq qablarda saxlamaq olmaz.

- İnsandan insana.

Ən yayılmış bizquyruq qurdu gecə saatlarında bağırsaqdan çölə çıxır və anus ətrafında yumurtalarını qoyur. Bu ciddi qaşınmaya səbəb olur. İnsan dərini qaşıdıqda yumurtalar onun əllərinə, dırnaqların altına düşür. Daha sonra yumurtalar əllərdən insanın ağzına düşə bilər ki, bu da təkrar yoluxmaya səbəb olur. Həmçinin insan ətrafdakıları da qurdlara yoluxdurur.

Bu səbəbdən ailədə 1 insanda qurd invaziyası varsa, digərləri də yoxlanmalıdır və lazım olan müalicə almalıdır.

Müalicədən əlavə evin bütün səthləri, yataq ağları, uşaq oyuncaqları və s. mütləq dezinfeksiya olunmalıdır.

- Sudan.

Çirkli suda, hovuzda, göldə və s. çoxlu sayda qurdların yumurtaları olur. Bu səbəbdən suyu içdikdən əvvəl mütləq qaynatmaq və ya təmizlənmiş sudan istifadə etmək lazımdır. Göldə, hovuzda üzdükdə suyun ağız boşluğuna düşməməsinə diqqət yetirmək lazımdır. Bu xüsusilə uşaqlara aiddir.


Etiketlər:  İnsan qurdlara necə yoluxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ