Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 ildən sonra bu siyahıdakı birinciliyini itirdi

10 ildən sonra bu siyahıdakı birinciliyini itirdi

Tarix: 8 Dekabr 2021 15:45

"Forbes" jurnalı "Dünyanın ən güclü 100 qadını"nın siyahısını açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, son 10 ildə ilk dəfə siyahıya liderlik edən isim dəyişib. Almaniya kansleri postunu tərk edən Angela Merkel ilk sıranı bu dəfə əldən verib. Birinci yerə dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott layiq görülüb. Nəşr onu ilk sıraya xeyriyyə işlərində göstərdiyi fəallığa görə təyin edib.

Reytinqdə ikinci yeri ABŞ-ın vitse-prezidenti Kamala Harris, üçüncü yeri isə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard tutub.

Böyük Britaniya kraliçası II Yelizaveta da mövqeyini itirənlər arasında yer alıb. Bu, onun il ərzində ictimaiyyət arasında az çıxış etməsi, həmçinin ailəsinin irqçilik ittihamları əlaqədar adının qalmaqallarda hallanması ilə əlaqələndirilir. Bu səbəbdən kraliça yalnız 70-ci yerdə qərarlaşa bilib.

Reytinqdə şou-biznes nümayəndələri də var: müğənni Rihanna (68-ci yer), aktrisa Riz Uizerspun (74-cü yer), ifaçı Beyons (76-cı yer), pop ulduz Taylor Svift (78-ci yer).

Ən nüfuzlu qadınların siyahısında sonuncu yerə adını yazdırmağı bacaran isə ABŞ Senatında çıxış edərək sosial şəbəkəni manipulyasiyada, dezinformasiyada və ölkəni demokratik dəyərlərinə xələl gətirməkdə günahlandıran feysbukun keçmiş əməkdaşı Frensis Haugendir.

Qeyd edək ki, 16 ilə yaxındır kansler olan Merkel 2011-ci ildə siyahıda birinci olub və bu illər ərzində heç kim onu ​​həmin mərtəbədən endirməyə müvəffəq olmayıb.

Milli.Az


Etiketlər:  ildən sonra siyahıdakı birinciliyini itirdi


RƏYLƏR