Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 19:18
Oqtay Gülalıyevin səhhəti ilə bağlı hər şey qaydasındadır. Yeni bir dəyişiklik yoxdur.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev atasının səhhəti ilə bağlı danışarkən deyib.
"Sonuncu dəfə xəstəxanaya yerləşdiriləndə həkim səhlənkarlığı ucbatından atamın qanında infeksiya yaranmışdı. Ona görə səhhəti kəskin şəkildə geriləmişdi. Hazırda xəstəxanda deyil, evdə baxılır. TƏBİB tibb bacıları təhkim edib, onlar səhər 09:00-dan axşam 18:00-a qədər nəzarət edirlər", - o bildirib.
Təbriz Gülalıyev atasının vəfat etməsi ilə bağlı yayılan xəbərlərə isə belə aydınlıq gətirdi:
"Keçmiş müstəntiq Rüfət Səfərovun sosial şəbəkə hesabı oğurlanmışdı və onun profilindən atamın vəfat etməsi haqda saxta xəbər paylaşılmışdı. Tez zamanda xəbər yayıldı. Mən dərhal bunu təkzib etdim və Feysbuk səhifəmdə paylaşdım. Amma hələ də yanlış məlumatlar yayılır".