Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqressiv uşaqları belə yedizdirin. Yeni araşdırma

Aqressiv uşaqları belə yedizdirin. Yeni araşdırma

Tarix: 9 Dekabr 2021 08:27

Omeqa-3 yağlı turşular uşaq aqressiyası ilə mübarizə etməyə kömək edəcək. Balıq və digər dəniz məhsulları bu turşularla xüsusilə zəngindir. Həmçinin Omeqa-3 yağlı turşular qozda, araxisdə, balqabaq tumlarında küncüt və kətan yağında, ispanaqda, yumurtada və bəzi digər məhsullarda da var.

ScienceDaily xəbər verir ki, Pensilvaniya Universiteti (ABŞ) alimləri yarım il ərzində 2 qrup yeniyetmələrə nəzarət edirdilər. Bir qrup uşaqların rasionuna Omeqa-3 yağlı turşularla zəngin olan qidalar daxil edilirdi, digər qrup uşaqların rasionunda heç bir dəyişiklik edilmirdi. Nəticədə məlum olub ki, Omeqa-3 yağlı turşularla zəngin olan rasion uşaqlarda aqressiyanın xeyli azalmasına kömək edib.

Milli.Az


Etiketlər:  Aqressiv uşaqları belə yedizdirin Yeni araşdırma


RƏYLƏR