Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistin ölkədən çıxışına “stop” qoyuldu

Əməkdar artistin ölkədən çıxışına “stop” qoyuldu

Tarix: 9 Dekabr 2021 20:25

"Rast" qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımovun ölkədən çıxışına qadağa qoyulub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun 6 min manata yaxın vergi borcu var. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında R.Haşımovla bağlı ərizəyə baxılıb. Məhkəmə tərəfindən iddia təmin edilib və Əməkdar artistin respublika hüdudlarından kənara çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, R.Haşımov 1993-cü ildə "Rast" qrupunu yaradıb və hazırda da həmin kollektivin bədii rəhbəridir. O, Xalq artisti Ceyran Haşımovanın oğludur.

Milli.Az


Etiketlər:  Əməkdar artistin ölkədən çıxışına stop qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ