Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqada da qrup mərhələsi yekunlaşdı: "Qalatasaray" birinci oldu

Avroliqada da qrup mərhələsi yekunlaşdı:

Tarix: 10 Dekabr 2021 07:38

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etidiyi "Legiya" komandası doğma meydanda Moskva "Spartak"ını qəbul edib. Qrupun digər matçında "Napoli" "Lester Siti" ilə üz-üzə gəlib. Qrupda hər bir komandanın pley-off mərhələsinə yüksəlmək şansı vardı. Sonda günü qələbə ilə başa vuran "Spartak"la "Napoli" sevinən tərəf olub.

Türkiyənin "Qalatasaray" komandası səfərdə "Latsio"nun qonağı olub. "Sarı-qırmızılar"a qrup lideri kimi növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Fatih Terimin komandası buna qolsuz heç-heçə ilə nail olub. Qrupun digər oyununda "Marsel" Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib və minimal hesabla üstün olub.

Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr

A qrupu

Olimpik (Lion, Fransa) - Reyncers (Şotlandiya) 1:1
Qol: Bassey, 49-öz qapısına - Rayt, 42.

Sparta (Praqa, Çexiya) - Brondbü (Danimarka) 2:0
Qol: Hançko, 43. Hlojek, 49.

Xal durumu: Olimpik - 16, Reyncers - 8, Sparta - 7, Brondbü - 2.

B qrupu

Şturm Qrats (Avstriya) - Monako (Fransa) 1:1
Qol: Yantşer, 6-pen - Volland, 30.

Real Sosyedad (İspaniya) - PSV (Niderland) 3:0
Qol: Oyarzabal, 43-pen; 62. Sörlot, 90+3.

Xal durumu: Monako - 12, Real Sosyedad - 9, PSV - 8, Şturm Qrats - 2.

C qrupu

Legiya (Polşa) - Spartak (Moskva, Rusiya) 0:1
Qol: Bakayev, 17.

Napoli (İtaliya) - Lester Siti (İngiltərə) 3:2
Qol: Unas, 4. Elmas, 24; 53 - Evans, 27. Hall, 33.

Xal durumu: Spartak - 10, Napoli - 10, Lester Siti - 8, Legiya - 6.

D qrupu

Fənərbaxça (Türkiyə) - Ayntraxt (Almaniya) 1:1
Qol: Berişa, 42 - Sou, 29.

Antverpen (Belçika) - Olimpiakos (Yunanıstan) 1:0
Qol: Balikvişa, 7.

Xal durumu: Ayntraxt - 12, Olimpiakos - 9, Fənərbaxça - 6, Antverpen - 5.

E qrupu

Olimpik (Marsel, Fransa) - Lokomotiv (Moskva, Rusiya) 1:0
Qol: Milik, 35.

Latsio (İtaliya) - Qalatasaray (Türkiyə) 0:0

Xal durumu: Qalatasaray - 12, Latsio - 9, Olimpik - 7, Lokomotiv - 2.

F qrupu

Braqa (Portuqaliya) - Srvena Zvezda (Serbiya) 1:1
Qol: Qaleno, 52-pen - Katay, 70-pen.

Ludoqorets (Bolqarıstan) - Midtyulland (Danimarka) 0:0

Xal durumu: Srvena Zvezda - 11, Braqa - 10, Midtyulland - 9, Ludoqorets - 2.

G qrupu

Ferentsvaroş (Macarıstan) - Bayer (Almaniya) 1:0
Qol: Layduni, 82.

Seltik (Şotlandiya) - Betis (İspaniya) 3:2
Qol: Uelş, 3. Henderson, 72. Ternbull, 78-pen - Beyn, 69-öz qapısına. B.İqlesias, 75.

Xal durumu: Bayer - 13, Betis - 10, Seltik - 9, Ferentsvaroş - 3.

H qrupu

Vest Hem (İngiltərə) - Dinamo (Zaqreb, Xorvatiya) 0:1
Qol: Orşiç, 4.

Genk (Belçika) - Rapid (Avstriya) 0:1
Qol: Lyubiçiç, 29.

Xal durumu: Vest Hem - 13, Dinamo - 10, Rapid - 7, Genk - 5.

Milli.Az


Etiketlər:  Avroliqada da qrup mərhələsi yekunlaşdı Qalatasaray birinci oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ