Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 17:10
Əməkdar artist Elza Seyidcahanın oğlu Ələkbər də Vətən müharibəsi iştirakçısı olub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Səhər mərkəzi" proqramında deyib. O bildirib ki, oğlu ötən il oktyabrın 31-də cəbhəyə yollanıb:
"Nəvəm Akifin ötən il oktyabrın 31-də ad günü idi. Həmin gün də Ələkbəri cəbhəyə çağırdılar. O da yığışıb getdi. Təkcə dedi ki, kaş övladımın 1 yaşını edib, sonra gedərdim. Oğlum getdi, şükürlər olsun ki, müharibə bitdi".
Qeyd edək ki, Ələkbər skripka ifaçısıdır. O, müğənni Zamiq Hüseynovun ansamblında çalışır.