Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 23:08
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub. Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu ada İtaliyanın "Napoli" klubunun yarımmüdafiəçisi Elif Elmas layiq görülüb.
O, İngiltərənin "Lester Siti" komandasına qarşı keçirdikləri oyunda (3:2) dubla imza atıb.
Avroliqada həftənin ən yaxşı oyunçusu adına "Dinamo"dan (Zaqreb, Xorvatiya) Mislav Orşiç, "Real Sosyedad"dan (İspaniya) Mikel Oyarzabal və Moskva "Spartak"ından (Rusiya) Aleksandr Selihov da namizəd idi.