Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UNICEF-ə yeni direktor təyin edilib

UNICEF-ə yeni direktor təyin edilib

Tarix: 11 Dekabr 2021 08:20

Amerikalı Ketrin Rassel BMT-nin Uşaq Fonduna (UNICEF) yeni icraçı direktoru təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"UNICEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antonio Quterreş fondun yeni direktoru vəzifəsinə ABŞ-dan olan Ketrin Rasselin təyin olunduğunu elan edib", deyə Düjarrik vurğulayıb.

Qed edək ki, bu vəzifəni əvvəllər 2018-ci ilin yanvarından UNICEF-ə rəhbərlik edən Henrietta Fore tutub.

Milli.Az


Etiketlər:  UNICEF ə yeni direktor təyin edilib


RƏYLƏR