Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 08:48
Qarazirə tam bir vitamin mineral deposudur. Onun tərkibində omeqa 3, omeqa 6, yağ turşuları, kalsium, kalium, maqnezium, dəmir, mis, A vitamini, B, B12, B2 vitaminləri var.
Gündə 2 xörək qaşığı qarazirə tumları gündəlik kalsium ehtiyacını ödəyir. Yaxşı olardı hamımız qarazirəni xəstə olmayan vaxtlarda qəbul edək ki, xəstələnməyək.
Qarazirə immuniteti gücləndirir, nəfəs çatışmamazlığında, təngənəfəslikdə, bronxial astmalarda, bütün virus xəstəliklərinin müalicəsində və profilaktikasında faydalıdır, hər gün qarazirənin istər özündən, istərsə də yağından qəbul edən insanlar adicə qrip və başqa infeksion xəstəlikləri çox yüngül keçirirlər.
Qarazirədən hər gün istifadə edənlər heç vaxt şiş xəstəliyinə tutulmazlar istər bəd xassəli olsun, istər xoş xassəli.
Son araşdırmaların nəticələrinə görə prostat vəzin xərçəngində müasir preparatlardan 10 dəfə daha tez təsirini göstərmişdir. Prostat vəzin adenomasında yüksəlmiş olan PSA göstəricisini qarazirəli məcunla 12-dən 3-ə qədər salmışdım. Xatırladım ki prostat vəzin xərçəngində bu göstərici həddən artıq çoxalır.
Qarazirə bədənimizdəki toksinləri bədəndən təmizləmək üçün ən yaxşı üsullardan biridir.
Qarazirədən istifadə edənlər şəkər xəstəliyinə nadir halda tutularlar. Belə ki, qarazirə həm qanda şəkərin artmasına imkan vermir, həm də mədəaltı vəzidə insulin istehsalını artırmağa yardımçı olur.
Yaz aylarında bitki tozlarına allergiya olan insanlar üçün ən faydalılarından biri yaz girəndən qarazirədən istifadə etməkdir. Belə ki, hər gün yeməkdən əvvəl gündə 2 dəfə 1 xörək qaşığı qarazirə yağı içilməli və ya 1 xörək qaşığı qarazirə ağıza atılıb üstündən su içilməlidir.
Uzun müddətdən bəri sağalmayan ekzemadan əziyyət çəkisinizsə, ekzemanın üstünə gündə 3 dəfə qarazirə yağı vurun və gündə 2 dəfə yuuxarıda yazdığım kimi daxilə qəbul etməlisiniz.
Revmatizm, revmatoidli poliartrit və ümumiyyətlə oynaq ağrılarında qarazirədən daxilə qəbul edilməlidir. Xroniki mədə bağırsaq yaralarında, xroniki qastritdə, ezofaqitlərdə yağının qəbulu faydalıdır.