Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 20:58
Serbiya hakimiyyəti orduda məcburi hərbi xidmətin geri qaytarılması imkanlarını diqqətlə nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç məlumat yayıb.
Vuçiç qeyd edib ki, ölkə əhalisinin əksəriyyəti belə bir qərarı dəstəkləyir.
Prezidentin sözlərinə görə, hələlik yekun qərar yoxdur, çünki açıq məsələlər çoxdur.
Serbiyada 2011-ci il yanvarın 1-dən orduda icbari hərbi xidmət ləğv edilib, lakin ötən illər ərzində ölkədə məcburi hərbi xidmətin bərpası barədə danışılır.