Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 21:54
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 355 min insanın yaşadığı Ambon şəhərindən 380 km cənub-şərqdə olub.
Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.