Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samuel Etoya vəzifə verildi

Samuel Etoya vəzifə verildi

Tarix: 11 Dekabr 2021 22:36

Kamerun yığmasının sabiq futbolçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti təyin edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

O, növbəti dörd il ərzində bu vəzifəni icra edəcək.

Seçildikdən sonra Eto investorlar tapacağını və ölkədə onlarla futbol stadionu tikəcəyini vəd edib.

Qeyd edək ki, futbolçu karyerasını 2019-cu ildə Qətər klubunda başa vurub. Dörd dəfə Afrikada ilin futbolçusu seçilib.

O, karyerası ərzində "Barselona", "İnter" və "Çelsi" kimi klublarda çıxış edib.

Milli.Az


Etiketlər:  Samuel Etoya vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ