Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 23:58
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiəydə uğurlu oyununu davam etdirir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 26 yaşlı hücumçu "Bursaspor"un heyətində növbəti dəfə fərqlənib.
O, XVI turda "Manisa" ilə matçda qol vurub. Bursadakı qarşılaşmada start heyətində meydana çıxan Ələskərov 51-ci dəqiqədə hesabı açıb. Lakin ev sahibləri bu üstünlüyü qoruya bilməyib. 79-cu dəqiqədə qonaq komanda məğlubiyyətdən qaçıb. 1:1 hesabı ilə yekunlaşan matçda yığmamızın üzvü 86 dəqiqə meydanda qalıb.
Bu heç-heçə ilə xallarının sayını 18-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.