Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DANX: Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi

DANX: Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi

Tarix: 29 Avqust 2019 09:40

Bakı. Ceyhun Ələkbərov - Trend:

Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayan, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcı olub.

Bunu Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, avtobus Lənkəran daxilində fəaliyyət göstərib:

“Qəzaya düşən avtobus müntəzəm sərnişin daşımırdı, sadəcə ayda bir, iki dəfə xəttə çıxırdı. Avtobus fəhlələri, ya da ona sifariş əsasında müraciət edən insanları daşıyırdı. Bizdən xəbərsiz və fəqlənmə nişanı olmadan işləyən sürücü hadisə səbəbindən dünyasını dəyişib”.

Xatırladaq ki, Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndəriləcək.

Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  DANX Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ