Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2021 10:38
S-400 sistemləri hava hücumundan müdafiə vasitəsidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov yunan jurnalistin "Yunanıstanın Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən narahat olduğu" ilə bağlı sualına cavabında deyib.
"Dədəağac limanı vasitəsilə Yunanıstana daşınan silahlar isə müdafiə silahları deyil", - deyə Peskov bildirib.
Kreml sözçüsü ABŞ və NATO əsgərlərinin Yunanıstanda cəmləşməsi və alyansın hərbi texnikasının Dədəağac limanı vasitəsilə daşınmasının Rusiyada narahatlıq yaratdığını vurğulayıb.
Qeyd edək ki, NATO-nun 120 helikopter və 1000 hərbi texnikasının Dədəağac limanından istifadə etməklə alyansın şərq sərhədinə - Yunanıstan, Bolqarıstan və Rumıniyaya yerləşdirilməsi üçün irimiqyaslı hazırlıq getdiyi haqda məlumat yayılıb.