Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-19-dan sonra “ürək aşınması”ndan qorunmağın yolu

COVID-19-dan sonra “ürək aşınması”ndan qorunmağın yolu

Tarix: 12 Dekabr 2021 17:15

Sağlam insanın nəbzi sakit halda dəqiqədə 60-90 arasında dəyişir. COVID-19 xəstəliyini keçirənlərdə bu rəqəm normanı xeyli keçə bilər.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, kardioloq Asiya Xaçirova bildirib.

Onun sözlərinə görə, xəstəlikdən sonra hətta minimum da olsa istənilən fiziki fəaliyyət, nəbzi çox güclü sürətləndirir.

"Fakt budur ki, orqanizm zəifləmiş vəziyyətdədir və qan dövrünü tamamlamaq üçün ürək daha tez-tez yığılmalıdır. Koronavirus dalğasından sonra klinikaya koronavirusdan sağalsa da, nəbzin sürətlə atması şikayəti ilə bir çox insan gəldi", - deyə o, bildirib.

Kardioloq yüksək nəbzin uzun müddət davam edəcəyi təqdirdə "ürək aşınması"nın meydana gələcəyi barədə xəbərdarlıq etdi.

"Normal nəbz dəqiqədə 60-90 ürək döyüntüsü hesab olunur. Əgər daha yüksəkdirsə, deməli, artan yük var. Ürək həmişə belə işləsə, daha tez sıradan çıxar", - deyə Asiya Xaçırova izah edib.

Kardioloqa görə, COVID-19-dan sonra "ürəyin aşınması"nı azaltmaq olduqca sadədir. Bunun üçün "təxribatlardan" qaçmaq kifayətdir.

"Biz pasiyentlərə izah edirik ki, xəstəlikdən sonra orqanizmin bütün funksiyalarının bərpasını gözləmək lazımdır. Buna yuxu və istirahət rejimi, eləcə də yaxşı qidalanma kömək edir. Həmçinin hər cür fiziki fəaliyyətdən qaçılmalıdır ", - Asiyat Xaçirova məsləhət gördü.

Peyvənd ciddi koronavirus infeksiyasının qarşısını almağa və infeksiya riskini azaltmağa kömək edə bilər.

Milli.Az


Etiketlər:  COVID 19 dan sonra ürək aşınmasından qorunmağın yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ