Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləsuvar sakinlərindən qanunsuz silahlar aşkarlanıb

Biləsuvar sakinlərindən qanunsuz silahlar aşkarlanıb

Tarix: 12 Dekabr 2021 19:26

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, bu istiqamətdə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri S. Məhərrəmov, A.İmanov və E.Nəsirlidən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Biləsuvar RPŞ-də müvafiq araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Biləsuvar sakinlərindən qanunsuz silahlar aşkarlanıb


RƏYLƏR