Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Liqasında pley-offun cütləri müəyyənləşdi

Avropa Liqasında pley-offun cütləri müəyyənləşdi

Tarix: 13 Dekabr 2021 16:26

Avropa Liqasında pley-offun püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Avropanın ikinci dərəcəli klub turnirində pley-offun 8 cütü müəyyənləşib.

Bu mərhələdə 16 komanda çıxış edəcək. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının üçüncüləri ilə üz-üzə gələcək. İlk matçlar digər turnirdən yuvarlananların meydanında baş tutacaq.

Avropa Liqası
Pley-off
"Sevilya" (İspaniya) - "Dinamo" (Xorvatiya)
"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)
"Leypsiq" (Almaniya) - "Real-Sosyedad" (İspaniya)
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
"Zenit" (Rusiya) - "Betis" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)
"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)
"Porto" (Portuqaliya) - "Latsio" (İtaliya)

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. Ayın 25-də isə 1/8 finalın püşkü atılacaq.

Milli.Az


Etiketlər:  Avropa Liqasında pley offun cütləri müəyyənləşdi


RƏYLƏR