Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 21:06
2022-ci ilin yanvarında Gürcüstana 50 min ədəd dərialtı çip gətiriləcək. İsveç şirkəti BioNaxın istehsal etdiyi çiplərin hansı funksiya daşıdığı və hara taxılacağı hələ açıqlanmır.
Sonxeber.net xəbər verir ki, düyü ölçüsündə olan çip baş barmaqla işarət barmağında yerləşdirilir.
Çipin köməyilə avtomobili işə salmaq, elektron qıfılları açmaq, xəstəlik tarixçəsini özünlə gəzdirmək, nəqliyyatda bilet ödənişləri etmək və resipientin harda olmasını təyin etmək mümkün olacaq.
Çip insanları artıq və iri qadjetlərdən azad etməyə xidmət edəcək.
İsveç ölkəsində mikroçiplərin inqilabı baş verir. Artıq 2 ildir ki, bir çox insanlar dəri altına mikroçip yerləşdirir. /medicina.az