Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində ''omikron'' ştamına ilk yoluxma aşkarlanıb

Çində ''omikron'' ştamına ilk yoluxma aşkarlanıb

Tarix: 13 Dekabr 2021 22:42

Çinin materik hissəsində COVID-19 virusunun "omikron" ştamına ilk yoluxma qeydə alınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, xaricdən Tiencin şəhərinə gələn sərnişinlərdən birinin koronavirusun "omikron" ştamına yoluxması aşkarlanıb. Bildirilir ki, həmin şəxsdə xəstəlik əlamətləri olmasa da, analizlər nəticəsində onun "omikron"a yoluxduğu məlum olub. Hazırda o, təcrid olunaraq, tibbi nəzarətə götürülüb.

Qeyd edək ki, COVID-19 virusunun daha yoluxucu olduğu güman edilən "omikron" ştamına indiyədək 60-dan çox ölkədə yoluxma aşkarlanıb, Böyük Britaniyada bu ştamdan ölüm halı qeydə alınıb.


Etiketlər:  Çində omikron ştamına yoluxma aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ