Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyərtilərin naməlum FAYDALARI

Göyərtilərin naməlum FAYDALARI

Tarix: 14 Dekabr 2021 04:03

Hamı bilir ki, göyərtilər çox faydalıdır. Lakin onların əsl müalicəvi xüsusiyyətləri haqqında çoxlarımızın xəbəri yoxdur. Saglamolun.az sizə göyərtilərin müalicəvi xüsusiyyətlərini təqdim edir.

Reyhan - qan dövranını yaxşılaşdırır, nəfəs yollarını təmizləyir, qanda şəkərin səviyyəsini tənzimləyir, orqanizmi sərbəst radikalların təsirindən qoruyur, iltihabəleyhinə və qurdqovucu təsirə malikdir.

Kərəviz - orqanizmi onkoloji xəstəliklərdən qoruyur, göbələk və mikrobəleyhinə təsirə malikdir, həzm və mübadilə prosesləri yaxşılaşdırır, böyrəkləri təmizləyir, ürək-damar sistemi üçün faydalıdır.

Şüyüd - həzm sistemi üçün olduqca faydalıdır, qanda şəkərin və xolesterinin səviyyəsini tənzimləyir. Son elmi araşdırmalar sübut edib ki, şüyüd və onun toxumları güclü xərçəngəleyhinə təsirə malikdir.

Yaşıl soğan - antiseptik və iltihabəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, güclü afrodiziakdır (cinsi həvəsi artırır).

Cəfəri - böyrəklər və qan sistemi üçün çox faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.

Vəzəri - qan üçün çox faydalıdır, qan xərçənginin inkişafının qarşısını alır.

Keşniş -  güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətlərə malikdir, ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir.

İspanaq - qanın tərkibinə müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısnı alır, tərkibində fol turşusunun olduğuna görə hamilə qadınlar üçün faydalıdır.


Etiketlər:  Göyərtilərin naməlum FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ