Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 07:21
Moskva alimləri cəfəri və şüyüdün toxumlarında xərçəng hüceyrələrinin inkişafını effektli şəkildə ləngidən maddəni aşkar ediblər. Bu maddə "qlaziovianin A" adlanır.
Qlaziovianin A-nın təsiri bir çox müxtəlif xərçəng hüceyrələrində test olunub və müsbət nəticələr verib. Məlum olub ki, maddə ən təhlükəli xərçəng növü olan melanomaya (dəri xərçəngi) qarşı çox effektlidir.
Alimlər araşdırmaları davam etdirmək niyyətindədir, insanlara isə profilaktik məqsədi ilə tez-tez cəfəri və şüyüdü yeməyi, onların toxumlarından dəmləmələr içməyi tövsiyə edirlər.