Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ev şəraitində məşhur müalicəvi balzamın hazırlanması. RESEPT

Ev şəraitində məşhur müalicəvi balzamın hazırlanması. RESEPT

Tarix: 14 Dekabr 2021 08:57

Vaxtilə "Ulduz" balzamı ən populyar və tez-tez istifadə olunan müalicəvi vasitələrdən biri idi.

Bu vasitə iltihabəleyhinə təsirə malikdir, müxtəlif ağrılar zamanı yaxşı effekt verir, soyuqdəymə, zökəm zamanı xəstənin vəziyyətini yüngülləşdirir.

Sizə məşhur balzamın reseptini təqdim edirik.

10 qr vazelin (apteklərdə satılır) kiçik enli şüşə qaba (krem və s. qablar) qoyulur. Üzərinə 20 damcı kamfora yağı, 20 damcı nanə yağı, 10 damcı evkalipt və 10 damcı darçın yağı əlavə olunur (yağlar apteklərdə satılır), yaxşı qarışdırılır. Balzamı soyuducuda qapağı bağlı şəkildə saxlayın və iltihab və ağrılar zamanı köməkçi müalicəvi vasitə kimi istifadə edin.

Milli.Az


Etiketlər:  şəraitində məşhur müalicəvi balzamın hazırlanması RESEPT


RƏYLƏR