Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seren Serengili çətin əməliyyat gözləyir

Seren Serengili çətin əməliyyat gözləyir

Tarix: 14 Dekabr 2021 09:50

Etdirdiyi mədəkiçiltmə əməliyyatından sonra sürətlə arıqlayan aparıcı Seren Serengil səhhəti ilə bağlı açıqlama verib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu həftə ərzində təcili əməliyyat olunacağını bildirib.

"Orqanlarım iflas etmək üzrədir. Erkən əməliyyat qərarı alındı. Ay yarım damardan qidalanacaqdım, amma irəliləyiş olmadığı üçün gözləmək düzgün deyil. Cümə axşamı xəstəxanaya yerləşdiriləcək, səhər isə əməliyyat olunacağam. Çətin əməliyyat olacaq. Çox qorxuram, bədənim buna tab gətirməyə bilər. "Əməliyyat masasında qala bilərsən" dedilər. Qan orqanlarıma getmir. Artıq xəstəliklə gündəm olmaq istəmirəm.

Əslində Yeni ilə qədər gözləməyi düşünürdüm, amma o qədər vaxtımız yoxdur, tez bir zamanda qarşısını almaq lazımdır" - deyə, Seren qeyd edib.


Etiketlər:  Seren Serengili çətin əməliyyat gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ