Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir ölkədə koronavirusa görə tədbirlər sərtləşdirilir

Daha bir ölkədə koronavirusa görə tədbirlər sərtləşdirilir

Tarix: 14 Dekabr 2021 10:20

Norveç hökuməti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bu həftə məhdudlaşdırıcı tədbirləri sərtləşdirmək niyyətindədir.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Yonas Qar Styore açıqlayıb.

"Vəziyyət ciddidir. Virus yayılma sürəti çox yüksəkdir. Və biz koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə məcburuq", - deyə o vurğulayıb.

Norveçli nazir həmçinin qeyd edib ki, lazımi tədbirlər bu həftə işlənib hazırlanacaq və onlar norveçlilərin gündəlik həyatına təsir edəcək.

Bundan əvvəl İsveçrə Federal Şurası koronavirus pandemiyası ilə mübarizəyə yönəlmiş sanitar tədbirləri gücləndirib.


Etiketlər:  Daha ölkədə koronavirusa görə tədbirlər sərtləşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ