Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibədə vətəndaşın maşınına dəyən zərər ödənilmir - VİDEO

Müharibədə vətəndaşın maşınına dəyən zərər ödənilmir - VİDEO

Tarix: 14 Dekabr 2021 14:20

44 günlük vətən  müharibəsinə dəstək verən vətəndaşlarımızdan biri də Cəlilabad  rayon  sakini İbadət  Ağaşov olub.  Özünün yaşı uyğun olmadığı üçün onun istifadəsində olan yük avtomobili  döyüş təminatı məqsədi ilə N saylı hərbi hissəyə təhvil verilib. Qələbədən düz bir il ötsə də vətəndaşın   maşınına dəyən maddi zərər ödənilmir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, İbadət Ağaşov deyir ki, hamı kimi o da Cəlilabad Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə yollanıb. Onu 28 sentyabrda Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəyə göndəriblər. İbadətin yaşı müharibə dövrü üçün uyğun olmadığına görə, onu geri göndəriblər. Amma yük maşını döyüş  təminatının daşınması məqsədi ilə hərbi hissənin istifadəsinə verilib.

İbadət deyir ki, Müharibə qələbə ilə başa çatdıqdan sonra Kamazı geri almaq istəsə də, istəyinə nail ola bilməyib. O, Cəlilabad  rayon İcra Hakimiyyətinə, Cəlilabad Səfərbərlik  və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət etsə də şikayətinə baxan olmayıb. Yerli qurumlardan əlacı üzülən İbadət  Ağaşov  31 avqust 2021-ci il tarixində  Müdafiə  Nazirliyinə müraciət ünvanlayıb. İbadətin müraciətinə cavab olaraq 21 senyabr 2021-ci il tarixdə ona ünvanlanan məktubda bildirilib ki, ölkənin müdafiəsinin və dövlətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə  təşkilatlar və vətəndaşlar  tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş  zərərin  həcmi və  məbləği  yerli icra hakimiyyətlərində  yaradılan və  müvafiq  qurumların   yerli  şöbə və bölmə  nümayəndələri olan    komissiyalar tərəfində təyin edilir. Sözügedən məsələ ilə bağlı  yuxarıda göstərilən qurumlara müraciət etməsi tövsiyə edilib.

Məsələ ilə bağlı Cəlilabad rayon İcra  Hakimiyyətindən XəzərXəbər-ə bildirildi ki, İbadət  Ağaşovun müraciətindən xəbərdardırlar. Amma şikayətçiyə Müdafiə  Nazirliyi  tərəfindən   bildirilən komissiya  ilə bağlı heç bir məlumatları yoxdur. Cəlilabad Səfərbərlik  və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən isə  bildirdilər ki, 2022-ci ilin dövlət büdcəsindən vətəndaşların avtomobillərinə dəyən ziyan ödəniləcək.


Etiketlər:  Müharibədə vətəndaşın maşınına dəyən zərər ödənilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ