Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 17:38
HDP-nin dünən İstanbulda keçirilən konqresində PKK və onun terrorçu lideri Abdullah Öcalanla bağlı şüarlar səsləndirilib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, toplantıda çıxış edən PKK liderinin qardaşı oğlu Ömər Öcalan qalmaqallı açıqlamalar verib:
"İstanbulda aparılacaq işlərlə daha çox kürd və Kürdüstan havası olacaq. Hər zaman söyləyirik ki, kürdlərin yaşadığı ən böyük şəhər İstanbuldur. İstanbul bizim üçün Kürdüstandır".
Son seçkilərdə HDP ilə müttəfiqlik edən İYİ Partiyasının baş katibinin müavini Bahadır Ərdem Öcalana cavab verib.
"Bu ölkənin adı Türkiyə Respublikasıdır, olduğun yer də 1453-dən bu yana İstanbuldur. Həddini bil, otur aşağı", - Ərdem bildirib.