Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda şok qiymətə dönər satılır - Bu necə ola bilər? - VİDEO

Bakıda şok qiymətə dönər satılır - Bu necə ola bilər? - VİDEO

Tarix: 14 Dekabr 2021 18:14

Paytaxda yerləşən əksər dönərxanalarda hazırlanan dönərlərin qiymətləri arasında kəskin fərq var. Məsələn toyuq dönərini  1 manata da, 4 manat 90 qəpiyə də almaq olar. Bəs qiymətlərin bu  qədər  fərqli olmasına səbəb nədir? Məsələyə qida təhlükəsizliyi agetnliyi də münasibət açıqlayıb.

Biri hazırladığı dönəri 1 manata satır, ancaq keyfiyyət nəzərə alınmır. Digəri isə 2 manat 20 qəpiyə satır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hətta eyni ətdən hazırlanan dönəri 4 manat 90 qəpiyə satanlar da var. Paytaxtda yerləşən dönərxanalarda toyuq və mal ətindən hazırlanan dönərin qiymətləri müxtəlifdir. Bu dönərlərin kifayət qədər alıcısı da var. Bəs qiymətlərin belə fərqli olmasına səbəb nədir?

Bu məsələni araşdırmaq üçün xüsusən də, metrostansiyaların qarşısında yerləşən dönərxanalarda müşahidələr apardıq. Metronun Qara Qarayev və Əhmədli stansiyalarının yaxınlığında yerləşən dönərxanalarda toyuq ətindən hazırlanan dönərlərin  1 ədədinin qiyməti 1 manatla -4 manat 90 qəpik arasında müştərilərə təklif edilir.

Dönərçilərin sözlərinə görə,qiymət fərqinin belə olmasının müxtəlif səbəbləri var. Bura dönər hazırlanarkən toyuq ətinin keyfiyyət və çəkisi, eləcə də digər qidaların qatılması daxildir.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən ''XəzərXəbər''ə bildirildi ki, agentlik məhsulun qiymətindən asılı olmayaraq qida məhsulları üzərində risk əsaslı nəzarəti həyata kecirir. Eyni zamanda dönərxanalarda mütəmadi monitorinqlər aparılır. Məhsullardan nümunələr götürülüb laborator analizlərə cəlb edilir. Bu monitorinqlər bundan sonra da davam etdiriləcək .Vətəndaşlardan xahiş olunur ki, dönərxanalardan aldıqları məhsulların təhlükəsizliyinə şübhələri olarsa, Agentliyin 1003 Çağrı Mərkəzinə zəng edib məlumat versinlər.

Milli.Az


Etiketlər:  Bakıda şok qiymətə dönər satılır Bu necə ola bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ