Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 19:02
Şəhidlər mənəviyyata açılan pəncərə, ölümləri ilə ölümsüzlüyə qovuşan müqəddəs varlıqlar.. Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız haqqında danışacağıq..
Şəhid Azər İsmixan oğlu Eldarzadə 1994-cü il oktyabrın 25-də Göygöl şəhərində doğulub.
2011-ci ildə doğulduğu rayonda orta məktəbi bitirən şəhidimiz, 2012-ci ildə hərbi xidmətə yola düşür.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu olaraq xidmətə başlayır və kəşfiyyatçı olmaq üçün bu peşənin sirlərini dərindən öyrənir. Valideynlərinin dediklərinə görə heç bir qüvvə onu hərbçi olmaq istəyindən döndərə bilməyib..
O, 2016-cı ilin aprel döyüşlərində yaxından iştirak edir və bu döyüşlərdə göstərdiyi şücaətə görə, 2018-ci ildə Azərbaycan Müdafiə nazirliyi tərəfindən "Ordunun 100 illiyi" medalı ilə təltif edilir.
Sonxeber.net RealTV-yə istinadən xəbər verir ki, qəhrəmanımızın şücaəti tək bununla bitmir.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşır..
Vətəni ailəsindən də üstün tutan şəhidimizdən geriyə Urfan adlı bir oğul övladı qalıb...İndi hər gün hərbi geyim geyinərək gələcəyin igid əsgəri olacaq bu balamız atası ilə zaman keçdikcə qürur duyacaq... Çünki o bir qəhrəman övladı olaraq yetişir bu ailədə..
Azər Eldarzadə oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olur. Onun nəşi, doğulduğu Göygöl şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunur. Şəhidimizin ölümündən sonra, Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilir.