Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 19:20
"Bir az vicdansızdır. Bu gün gəlməli idi. Bir az nasaz idi, amma nasazlıqla da gəlmək olardı. Dedim, nə olar, gedək. Necə ki, zülmlə oxutdurdum, indi zülmlə efirə çıxaracağam. Mənim gözəl Matanım, "Əqrəb"im efirə gəlmədi".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova bir müddət öncə duet oxuduğu bacısı Matan haqda "7 canlı" verilişində qonaq olarkən söyləyib. O bildirib ki, bacısı ilə yenidən duet ifa edəcək.
X.Qədimova daha sonra "Hiç bir şey söyleme" adlı mahnını tək səsləndirəcəyini söyləyib:
"İcazə versəniz, bu gün o mahnını oxumaq istəyirəm. Düzdür, "Əqrəb"siz oxuyacağam, ancaq onun səsi buranı darmadağın edəcək, ola bilsin studiyadakı Xumar yazısı uçdu, dağıldı. O qədər gözəl oxuyur ki... Arada deyirəm ki, "Əqrəb"in səsini dinləyin, pop səsi elə olur. O, çox çətindir. Yalvardım, xahiş etdim, onu güclə oxutdurdum. İllərlə sənətdə olanlar var ki, repertuarına baxanda bir "pasport" mahnısı yoxdur, amma bu adam evində ola-ola görün nə təqdim edir. Məncə, budur əsl gözəllik. Mənim səsim onun səsinin yanında cılızdır".