Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mövlud Çavuşoğlu “Dubay EXPO 2020”da Azərbaycan Pavilyonuna baş çəkib - FOTO

Mövlud Çavuşoğlu “Dubay EXPO 2020”da Azərbaycan Pavilyonuna baş çəkib - FOTO

Tarix: 14 Dekabr 2021 21:36

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində "Dubay EXPO 2020" ümumdünya sərgisində Azərbaycan Pavilyonuna baş çəkib.

Nazir Azərbaycan Pavilyonunda nümayiş etdirilən ölkəmizə məxsus sərgi nümunələri ilə tanış olub.

M.Çavuşoğlu pavilyonun xatirə kitabına ürək sözlərini yazıb:

"Bu gün "Dubay EXPO" ziyarətimdə Can Azərbaycanın pavilyonuna baş çəkməkdən məmnun oldum. Hərtərəfli şəkildə Azərbaycanı təqdim edən pavilyon üçün təbrik edirəm. Bir millət, iki dövlət, Türkiyə-Azərbaycan".

Milli.Az


Etiketlər:  Mövlud Çavuşoğlu Dubay EXPO 2020da Azərbaycan Pavilyonuna baş çəkib FOTO


RƏYLƏR