Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 23:24
Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Baerbokla görüşündə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lavrov Almaniyanın yeni xarici işlər naziri Baerbok ilə ilk telefon danışığını edib.
Lavrov NATO-nun şərqə doğru genişlənməyəcəyi və Alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə köçürülməyəcəyi ilə bağlı hüquqi öhdəliklər şəklində təhlükəsizlik zəmanətlərinin Moskvaya təqdim edilməli olduğunu deyib.
Rusiyalı nazir Rusiya-Almaniya münasibətlərinin vəziyyəti və gələcəyinə dair həmkarı ilə fikir mübadiləsi aparıb.
O, Almaniyanın yeni hökuməti ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoq qurmaq niyyətində olduqlarını bildirib.