Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 12:12
Almaniyanın Ştralzund şəhərində koronavirus məhdudiyyətlərinə və məcburi peyvəndləməyə qarşı aksiyada iştirak edən Santa-Klaus polislər tərəfindən saxlanılıb.
Qeyd olunur ki, Santa-Klaus kostyumunu geyinən kişinin əlində tutduğu plakatda ictimai yerlərdə maska və peyvənd sertifikatının tələb edilməsinə qarşı şüar yazılıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, həmçinin saxlanılan şəxsin özü də pandemiya ilə əlaqədar tətbiq edilən qaydaların heç birinə riayət etməyib.
Saxlanılan zaman etirazçı polisə müqavimət göstərib, özünü aqressiv aparıb və hökumət əleyhinə şüarlar səsləndirib.
Son məlumata görə, Santa-Klaus geyimində olan şəxs böyük məbləğdə cərimə olunacaq.