Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hörümçək adam”ın ulduzu torlu geyimi ilə göz qamaşdırdı - FOTO

“Hörümçək adam”ın ulduzu torlu geyimi ilə göz qamaşdırdı - FOTO

Tarix: 15 Dekabr 2021 13:05

Məşhur amerikalı aktrisa, müğənni və model Zendaya "Hörümçək adam: Evə yol yoxdur" ("Spider-Man: No Way Home") filminin Los-Anceles premyerasında açıq-saçıq görünüşü ilə göz qamaşdırıb.

Onun "qırmızı xalı"ya çıxdığı dərin dekolteli geyimində ən çox diqqət çəkən məqam isə nazik geyimin üzərindəki tor printi olub.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, üzündəki maskanı təqdimatdan sonra çıxaran aktrisa möhtəşəm makiyajı ilə də bütün nəzərləri öz üzərinə toplayıb.

Sosial şəbəkə istifadəçiləri aktrisanın görünüşünü birmənalı qarşılamayıb. Bəziləri onun çox açıq-saçıq geyimini tənqid ediblər və onsuz da gözəl olan ulduzun buna ehtiyacı olmadığını bildiriblər. Əksəriyyət isə Zendayanın çox zərif göründüyünü və möhtəşəm qadın olduğunu bildiriblər.


Etiketlər:  Hörümçək adamın ulduzu torlu geyimi ilə göz qamaşdırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ