Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni il daxili turizmə marağı artırıb - VİDEO

Yeni il daxili turizmə marağı artırıb - VİDEO

Tarix: 15 Dekabr 2021 21:46

Yeni il yaxınlaşdıqca daxili turizmə üz tutanların sayı da artıb. Pandemiya bayram günlərini xaricdə keçirmək istəyənlərin arzularını hələ ki ürəklərində qoyur. Yeni Omicron ştamı təhlükəsi əhalinin daha çox yerli imkanları dəyərləndirməyə vadar edib. Təlabatın çox olması istirahət mərkəzlərinin qiymətlərinə də təsirsiz ötüşməyib. Əksər otellər doludur, yer tapmaq müşkülə çevrilib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, əhali daha çox Şimal bölgəsi və dağlıq rayonlarda dincəlməyi seçir. Quba-Qusar, Şamaxı-İsmayıllı, Qəbələ-Şəki zonalarında Yeni ili keçirməyə üstünlük daha çoxdur. Şahdağ, Tufandağ ərazilərindədə 5 ulduzlu otellərin qiyməti 1 nəfər üçün 1 gecə 500 manatdan yuxarıdır. Otelllər Assosiasiyasından bildirildi ki, qiymətləri sahibkarlar müəyyənləşdirir. Onlara bununla bağlı hər hansı məhdudiyyət qoyulmur.

Erkspertlər bildirir ki, daxili turizmlə bağlı vəziyyəti düzəltmək üçün 2-3 ulduzlu otellərin sayını artırmaqla bərabər bu sahədə sahibkarlara güzəştlər tətbiq olunmalıdır. Onların maliyyə resurslarına çıxışı daha da asanlaşdırılmalıdır. Həmçinin daxili turizmlə bağlı xidmətinin keyfiyyətinin artırılmasına və bu sahədə peşəkar kadrların işləməsinə ehtiyac var.

Milli.Az


Etiketlər:  Yeni il daxili turizmə marağı artırıb VİDEO


RƏYLƏR