Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əhalinin 71 faizi Monteneqronun Avropa İttifaqına üzv olmasını istəyir

Əhalinin 71 faizi Monteneqronun Avropa İttifaqına üzv olmasını istəyir

Tarix: 15 Dekabr 2021 22:28

Monteneqro əhalisinin 71 faizi ölkənin Avropa İttifaqına (Aİ) üzv olmasını dəstəkləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Demokratiya və İnsan Haqları Mərkəzinin (CEDEM) keçirdiyi sorğuda deyilir. Sorğuda əhalinin etnik mənsubiyyəti və siyasi baxışları ilə bağlı suallar da verilib.

Belə ki, əhalinin 45 faizi özünü monteneqrolu, 33 faizi serbiyalı, 7,9 faizi bosniya və herseqovinalı, 4,6 faizi alban, 5,1 faizi isə etnik müsəlman kimi tanıdır.

Sorğu iştirakçılarının 46,8 faizi ölkədə növbədənkənar seçkilərin keçirilməsinin yanlış olduğunu bildirib. Ölkənin düzgün istiqamətdə getdiyini deyənlərin nisbəti 24,6 faizdir.

İctimaiyyətin ən çox etibar etdiyi qurum və təşkilatlar arasında isə Serb Pravoslav Kilsəsi (47,3 faiz), təhsil sistemi (47,2 faiz), səhiyyə sistemi (45,9 faiz), Aİ-nin Monteneqrodakı Nümayəndəliyi (44,5 faiz), Birləşmiş Millətlər Təşkilatı (41,6 faiz), Monteneqro ordusu (39,4 faiz), NATO (36 faiz), Ümumdünya Səhiyyə Təşkilatı (34,9 faiz) və sair var.

Milli.Az


Etiketlər:  Əhalinin 71 faizi Monteneqronun Avropa İttifaqına üzv olmasını istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ