Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Məni qınayanların başına eyni şeylər gəlib" - Oksana Rəsulova

Tarix: 16 Dekabr 2021 16:20

Rəqqasə-aktrisa Oksana Rəsulova yaşadığı çətin günlərdən danışıb.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən aktrisa deyib: 

"Həyatımdan silmək istədiyim bir çox günlər, illər var. O da mənim bir təcrübəmdir. Allah insanın qarşısına iki yol qoyur. Sənin ağlın olmalıdır ki, yaxşı seçim edəsən. Səhv seçim edirsənsə, bu sənin öz günahındır. Deyirlər ki, ağlın ardınca gedən bir, ürəyin ardınca gedən bir mələyir. Əfsuslar olsun ki, mən ağlımdan çox ürəyimə qulaq asmışam. Ürəyimin ardınca getmişəm, bu da böyük səhvlərlə nəticələnib. Düşünürəm, bütün yaşadıqlarım olmalı idi ki, mən ağıllanım. O təcrübə məni ağıllandırdı. 

Zamanla məni qınayanların başına məni qınadığı şeylər gəlib. Elə şeyləri izləyəndə ürəyim qan ağılayıb. Yaşadığım pis günləri heç bir qadına arzu etmirəm". 

Milli.Az


Etiketlər:  Məni qınayanların başına eyni şeylər gəlib Oksana Rəsulova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ