Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 16:36
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
Sonxeber.net xəbər verir ki, Fransa Prezidenti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevlə təkbətək danışıqlarından foto paylaşaraq Azərbaycan dilində şərh verib.
"Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik", - deyə o, paylaşımında qeyd edib.
Makron bunun ardınca görüşdən daha bir foto paylaşaraq Azərbaycan, fransız və erməni dilində "Ermənistan, Azərbaycan birlikdə!"- deyə şərh bildirib.