Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda narkotikin təsiri altında marşrut avtobusu idarə edən sürücü tutulub - VİDEO

Bakıda narkotikin təsiri altında marşrut avtobusu idarə edən sürücü tutulub - VİDEO

Tarix: 16 Dekabr 2021 16:46

Bakıda narkotik vasitəsilərin təsiri ilə marşrut avtobusu idarə edən sürücü tutulub.

Baş Dövlət Yol Polisi İdarəsində Milli.Az-a verilən məlumata görə, 13 dekabr 2021-ci il tarixdə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları Qaradağ postu kimi tanınan ərazidə "Mercedes-Benz" markalı, 90-FL-403 dövlət qeydiyyat nişanlı iritutumlu marşrut avtobusunu saxlayıb. Sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.

Toplanmış materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.

Qeyd edirik ki, cari ilin 9 ayı ərzində Baş DYP İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib. Təkcə son bir ay ərzində 150-ə yaxın analoji hal aşkarlanıb. Təbii ki, yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirib.

Eyni zamanda, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri işə qəbul edən zaman, həmçinin, reysqabağı tibbi müayinədən keçirilməli və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir.

Milli.Az


Etiketlər:  Bakıda narkotikin təsiri altında marşrut avtobusu idarə edən sürücü tutulub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ