Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 20:20
Dəfələrlə eyni paltarı geyindiyi üçün tənqid edilən hersoginya Keyt Middltonun qalmaqallı üslubundakı həqiqət ortaya çıxıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, şahzadə Uilyamun həyat yoldaşı Keytin sevimli paltarını iki fərqli rəngdə seçir.
Məsələn hersoginya 2016-cı ilin iyununda Almaniyaya səfəri zamanı iştirak etdiyi mərasimdə 2000 funt-sterlinq dəyərində "Catherine Walker"dən qırmızı paltar geyinib. O, bu libasın mavi variantı ilə də obyektivlərə tuş gəlib.
O, 2017-ci ildə hərbi mərasimdə "Alexander McQueen"dən olan 2500 funt-sterlinq dəyərində açıq çəhrayı don seçib. Keyt geyimin bənövşəyi çaları ilə 2018-ci ildə Şahzadə Yevgeniyanın toyunda görüntülənib.