Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyrəklər üçün ən ziyanlı 5 QİDA

Böyrəklər üçün ən ziyanlı 5 QİDA

Tarix: 16 Dekabr 2021 21:03

Böyrəkləri sağlam saxlamaq üçün aşağıda sadaladığımız qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır.

Bu qidalar arasında:

1. Duzlu qidalalar, şorabalar və s. Duz orqanizmdə suyu saxlayır ki, bu da böyrəklərə olan gərginliyi artırır. Duzlu qidaların tez-tez qəbulu böyrək daşı xəstəliyinin inkişafına təkan verir.

2. Zülallarla zəngin olan qidalar. Zülalların qidalanmamızda olması çox vacibdir. Zülallar orqanizmin əsas "tikinti materialı"dır. Lakin belə qidaların həddindən artıq qəbulu böyrəklər üçün çox ziyanlıdır və böyrək daşı və digər böyrək xəstəliyiklərinin inkişafına səbəb ola bilər.

3. Purin maddələri ilə zəngin qidalar - ət və balıq konservləri, heyvanların içalatı, yağlı bulyonlar və s. Saglamolun.az bildirir ki, purin maddələrin dağılması nəticəsində çoxlu miqdarda sidik turşusu əmələ gəlir. Sidik turşusunun orqanizmdə artıqlığı podaqra xəstəliyinə, böyrəkərdə və sidik kisəsində daşların əmələ gəlməsinə səbəb olur.

4. İspanaq və turşəng. Az miqdarda qəbul olunduqda bu göyərtilər orqanizm üçün faydalıdır. Lakin bu göyərtilərin çoxlu miqdarda və tez-tez qəbulu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.

5. Çox ədviyyatlı qidalar. Ədviyyatlar çox faydalıdır. Onlar güclü iltihab, mikrob və xərçəngəleyhinə təsirə malikdir. Lakin ədviyyatlardan sui-istifadə etmək olmaz. Qidalanmada ədviyyatların artıqlığı böyrəklərə qıcıqlandırıcı təsir edir və vaxt keçdikcə müxtəlif pozulmalara gətirib çıxarda bilər.


Etiketlər:  Böyrəklər üçün ziyanlı QİDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ